Modern.az

Media gəlir vergisindən azad olunur

Media gəlir vergisindən azad olunur

Media

6 Fevral 2023, 10:59

Media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər (o cümlədən reklam gəlirləri), habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən maddi yardımlar gəlir vergisindən azad olunur.

 

Modern.az xəbər verir ki, bu barədə Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində bildirilib.

 

Qeyd edək ki, gəlir vergisindən azad olunma 2023-cü il yanvarın 1-dən 3 il müddətinə tətbiq ediləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!