Modern.az

KİV-ə 3 illik güzəşt - ƏDV-dən azad edilir

KİV-ə 3 illik güzəşt - ƏDV-dən azad edilir

Media

6 Fevral 2023, 11:02

Media subyektləri (audiovizual media subyektləri istisna olmaqla) tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi, habelə Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan qeyri-rezident şəxslər tərəfindən media subyektlərinə (audiovizual media subyektləri istisna olmaqla) media fəaliyyəti ilə bilavasitə bağlı olan işlərin görülməsi və xidmətlərin göstərilməsi əlavə dəyər vergisindən azad edilir.

 

Modern.az xəbər verir ki, bu barədə Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində qeyd olunub.

 

Layihəyə əsasən, azadolmalar 2023-cü il yanvarın 1-dən tətbiq olunmaqla 3 il müddətində qüvvədə olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər