Modern.az

“Bu güzəştlər peşəkarlığın artırılmasına imkan verəcək” – Əhməd İsmayılov

“Bu güzəştlər peşəkarlığın artırılmasına imkan verəcək” – Əhməd İsmayılov

Media

6 Fevral 2023, 11:33

"Media subyetklərinə vergi güzəştlərinin tətbiq edilməsi gələcəkdə imkan verəcək ki, media subyetkləri daha çevik və reallığa uyğun olaraq öz iqtisadi biznes layihələrini qura bilsinlər".

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov deyib.

 

“Bu güzəştlər media subyektlərinin inkişafı və jurnalistikanın peşəkarlığının artırılmasına imkan verəcək", - deyə MEDİA rəhbəri vurğulayıb.

 

Qeyd edək ki, Azərbaycanda media subyektlərinin əldə etdikləri gəlirlər vergidən azad olunacaq. ununla bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif olunur.

 

Layihənin qeyd hissəsində əsaslandırılıb ki, “Media haqqında” qanunun 4-cü maddəsində medianın inkişafının təşviqi və media subyektlərinin fəaliyyətini stimullaşdırması nəzərdə tutulur. Həmin qanuna uyğun olaraq Vergi Məcəlləsinə dəyişikliklər edilməsi təklif olunur. Belə ki, qanun layihəsinə əsasən, media subyektlərinin (kütləvi informasiyanın dərc olunması və (və ya) yayımlanması olan fiziki (jurnalistlər istisna olmaqla) və ya hüquqi şəxslərin) öz fəaliyyətləri nəticəsində əldə etdikləri gəlirlərin, o cümlədən reklam gəlirlərinin gəlir vergisindən, mənfəət vergisindən və sadələşdirilmiş vergidən azad edilməsi təklif edilir.

 

Məcəlləyə dəyişiklik layihəsi qəbul ediləcəyi təqdirdə 2023-cü il yanvarın 1-dən tətbiq edilməklə 3 il müddətində qüvvədə olacaq və audiovizual media subyektlərinə şamil edilməyəcək.

Bu xəbər ilə bağlı
Media gəlir vergisindən azad olunur
Xəbəri oxu
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü