Modern.az

Medianın reklam bazarında canlanma gözləyirik - Əhməd İsmayılov

Medianın reklam bazarında canlanma gözləyirik - Əhməd İsmayılov

6 Fevral 2023, 12:23

“Mediada vergi güzəştləri ilə bağlı qanun qəbul olunduqdan sonra düşünürük ki, reklam bazarında canlanma olacaq”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Vergi Məcəlləsinə dəyişikliklərin müzakirəsi zamanı Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov bildirib. 

 

Onun sözlərinə görə, qanun layihəsi media sahəsində maliyyə şəffaflığının artırılmasına böyük dəstək göstərəcək.

 

"Bundan sonra vergi güzəştləri ilə medianın reklam bazarında canlanma gözləyirik. Bu, mediada iqtisadi müstəqillikdə atılan ilk addımdır. Hələ qarşıda media sahəsində görüləcək işlər çoxdur. Eyni zamanda bu sahədə biznes subyektləri, sahibkarla görüşümüz nəzərdə tutulur. Biz çalışacağıq ki, bu görüşdə sahibkarlarımızın, biznes subyektlərimizin reklama dəstək verməsi üçün onlara nə lazımdırsa kömək edək. Bununla bərabər qanunvericilikdə hansı mexanizmlər öz əksini tapa bilər, onu da müzakirə edəcəyik. Media subyektlərinin rəhbərləri ilə biznes subyektlərinin yaxın gələcəkdə bir platformada görüşlərini təşkil edəcəyik. Düşünürəm ki, bu görüşlərdən sonra ortaq fikrə gələ bilərik. Görüşlərdə biznes subyektlərinin mediaya dəstək olması üçün müzakirələr keçiriləcək”,- deyə MEDİA rəhbəri vurğulayıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir