Modern.az

Reyestrdən keçməyən KİV-lər bağlanacaq 

Reyestrdən keçməyən KİV-lər bağlanacaq 

Media

6 Fevral 2023, 16:27

Media Reyestrindən keçməyən media qurumu fəaliyyət göstərə bilməyəcək.

 

Modern.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov deyib.

 

Onun sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən bütün media qurumları reyestrdən keçməlidir: "Biz bununla bağlı media subyektlərinə 6 ay müddət müəyyən etmişik. Azərbaycanda media subyekti fəaliyyətini bəyan etməlidir. Fəaliyyətini bəyan etmək üçün həmin qurum Media Reyestrindən keçməlidir. 6 ay müddətində hansısa media subyekti Media Reyestrindən keçmirsə, biz həmin qurumu aşkarlayıb, onun barəsində məhkəməyə müraciət edəcəyik".

Bu xəbər ilə bağlı
İşsiz Əməkdar jurnalistlər qeydiyyata alınmır
Xəbəri oxu
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı