Azərbaycan telekanallarında əyləncəli verilişlərin yayımı DAYANDIRILDI

Azərbaycan telekanallarında əyləncəli verilişlərin yayımı DAYANDIRILDI

7 Fevral 2023, 01:05

Qardaş Türkiyədə çoxsaylı insan ölümünə səbəb olan zəlzələ ilə əlaqədar Azərbaycan teleməkanında əyləncəli verilişlərin yayımı dayandırılır.

 

Modern.az xəbər verir ki, ATV telekanalı efir torunda dəyişiklik edildiyini bildirib. 

 

"Bütün əyləncəli və musiqili proqramlar yayımdan çıxarıldı. Qardaş Türkiyədə dəhşətli zəlzələ nəticəsində həyatını itirmiş şəxslərin yaxınlarına başsağlığı verir, yaralılara şəfa diləyirik!" - ATV-nin yaydığı məlumatda deyilir.

 

Məlumata görə, sabahdan etibarən digər telekanallarda da əyləncə və musiqili proqramların yayımının dayandırılmasına qərar verilib.

 

Qeyd edək ki, Türkiyədə zəlzələ səbəbindən 7 günlük matəm elan olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyə kəşfiyyatı hərəkətə keçdi: Dərhal əməliyyat başlayacaq!