Modern.az

Turan İbrahimov da “Space”dən GETDİ

Turan İbrahimov da “Space”dən GETDİ

24 Fevral 2023, 11:38

Tanınmış aparıcı Turan İbrahimov "Space” TV-dəki işinə son verib.

Modern.az xəbər verir ki, aparıcı iki həftə əvvəl bu barədə qərar qəbul etdiyini bildirib:

"“Space TV"dən gedirəm. Telekanal yeni yayım formatına keçir, əsasən yumora üstünlük veriləcək və xəbər tərkibli verlişlərə ehtiyac qalmır. Mən isə tərkibi informasiya, xəbər olmayan verilişlə efirdə olmaq istəmirəm.

Başda dostumuz Vado Korovin olmaqla yeni komandaya uğurlar arzulayıram”.

Qeyd edək ki, Müşfiq Hətəmovun bu yaxınlarda “Space”in rəhbərliyindən getməsi bir sıra jurnalistlərin ard-arda telekanalı tərk etməsilə nəticələnib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər