Modern.az

Publika və Teleqraf 11 yaşında

Publika və Teleqraf 11 yaşında

Media

1 Mart 2023, 11:32

Bu gün "Gündəlik Teleqraf" MMC-yə daxil olan Publika.az və Teleqraf.com saytlarının 11 yaşı tamam olur.

 

Publika.az 2012-ci ilin martın 1-də portal kimi, "Teleqraf" isə gündəlik qəzet kimi fəaliyyətə başlayıb.

 

Publika.az-da xəbərlərlə yanaşı, geniş araşdırmalar, təhlillər, müsahibələr, videmüsahibə, videoreportajlar, habelə digər videolayihələr, həmçinin oxucunu maraqlandıran layihələr yer alır. Portalın iş prinsipi gündəmə uyğun xəbərlər hazırlamaq, yeni informasiya istehsal etmək və oxucunu məlumatlandırmaqdır.

 

Teleqraf.com saytı isə siyasət, dünya, iqtisadiyyat, yazarlar, müsahibə, simsiz, toplum, kriminal, art, idman, maqazin kimi çoxşaxəli bölmələrə uyğun xəbərlər istehsal edir.

 

Modern.az kollektivi adından Publika.az və Teleqraf-da çalışan həmkarlarımızı təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq.

Twitter
Sizə yeni tvit var
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar