Modern.az

Mətbuat konfransında partlayış: 2 jurnalist öldü

Mətbuat konfransında partlayış: 2 jurnalist öldü

Media

11 Mart 2023, 17:54

Əfqanıstanın Məzari-Şərif şəhərində “Əfqanıstanın səsi” (AVA) informasiya agentliyinin binasında partlayış törədilib.

 

Modern.az xəbər verir ki, partlayış binada mətbuat konfransı keçirilən zaman baş verib. Nəticədə 2 jurnalist ölüb, 32 nəfər isə yaralanıb.

 

Hadisə yerinə gələn Əfqanıstanın təhlükəsizlik qüvvələrinin nümayəndələri partlayışın terror aktı olduğunu bildiriblər.

 

Hazırda araşdırma aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi