Modern.az

Rusiyada həbs olunan amerikalı jurnalist KİMDİR?

Rusiyada həbs olunan amerikalı jurnalist KİMDİR?

31 Mart 2023, 11:12

Martın 30-da Rusiyanın Federal Təhlükəsizlik Xidməti ABŞ vətəndaşı Evan Qerşkoviçə qarşı casusluq ittihamı ilə cinayət işinin açıldığını bildirib. Kreml onun “cinayət başında tutulduğunu” bəyan edib. Moskva məhkəməsi jurnalist haqqında iki aylıq həbs qətimkan tədbiri seçib.

 

Modern.az xəbər verir ki, həbs edilən jurnalist ABŞ-ın nüfuzlu "Wall Street Journal" qəzetinin müxbiridir.

 

31 yaşlı Qerşkoviç altı ildir müxtəlif nəşrlərdə Rusiya haqqında reportajlar yayımlayır. O, Rusiyanın Ukraynaya təcavüzünün nəticələri haqqında ictimaiyyətə məlumatlar təqdim edib.

 

Sovet mühacirlərinin ailəsində doğulan və Nyu-Cersidə böyüyən Qerşkoviç rus dilini mükəmməl bilir. 2017-ci ilin sonunda ingilis dilində fəaliyyət göstərən “Moskva Tayms” qəzetində işləmək üçün Moskvaya köçüb və sonradan Fransanın "France-Presse" (AFP) xəbər agentliyində işləyib.

 

Müharibənin əvvəlində Qerşkoviç Belarusa gedib və Rusiya hərbi təcili yardım maşınlarının Ukrayna sərhədindən 50 km aralıda olan xəstəxanada geri çəkildiyinin şahidi olub. O, Rusiyanın sərhəd bölgələrindən də xəbərlər hazırlayıb, yerli sakinlərin müharibə ilə bağlı münasibətini araşdırıb.

 

Qərb dövlərləri, hüquq müdafiəçiləri jurnalistin dərhal azadlığa buraxılmasını tələb edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü