Modern.az

Azərbaycanda teleaparıcıya silahlı hücum edilib

Azərbaycanda teleaparıcıya silahlı hücum edilib

16 İyun 2013, 12:36


Azərbaycanın tanınmış teleaparıcısı İlham Mirzəyevə silahlı hücum olub. Modern.az-ın anspress-ə  istinadən verdiyi məlumata görə, teleaparıcı cümə günü axşam saatlarında çalışdığı "Space" kanalının arxa qapısından çıxıb avtomobilinə yaxınlaşarkən başqa bir avtomobildən 4 nəfər düşərək ona hücum edib. Tanınmamaq üçün üzlərini qrimləyən dəstə teleaparıcının özünü və ailəsini ölümlə hədələdikdən sonra sərbəst buraxıblar.

İlham Mirzəyev yaşadıqlarından şoka düşüb. Bu zaman yaxınlıqda olan şəxslər, aparıcıya yardım göstəriblər. İlham Mirzəyevin köməyinə yetişənlər problemlərinin həlli üçün aparıcının müəllifi olduğu üz tutan şikayətçilər olub. Həmin şikayətçilər teleaparıcıya dərdlərini söyləmək üçün onu telekanalın çıxışında gözləyirlərmiş və bu zaman hadisənin şahidi olublar.

Özünün və ailəsinin təhlükə altında olduğunu başa düşən İlham Mirzəyev hadisə ilə bağlı dünən səhər Nərimanov rayon Prokurorluğuna və Bakı şəhər prokurorluğuna şikayət ərizəsi ilə müraciət edib. Teleaparıcı bununla yanaşı İlham Mirzəyev ölkə başçısına, DİN-ə, Respublika Pokurorluğuna müraciət edərək özünün, həyat yoldaşının və iki azyaşlı uşağının təhlükəsizliyinin təmin edilməsini istəyib. İlham Mirzəyev şikayətində hücum edən şəxslərin silahlı olduğunu deyib. 

Qeyd edək ki, 47 yaşlı İlham Mirzəyevin 10 və 2 yaşlarında iki övladı var.   İlham Mirzəyevin peşə fəaliyyəti ilə bağlı, aparıcısı olduğu “Etibar edin” proqramına müraciət edən şikayətçiyə yardım etdiyi üçün təzyiqə məruz qaldığı bildirilir. Qarşı tərəf bundan qəzəblənərək teleaparıcını cəzalandırmağa qərar verib.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi