Modern.az

Jurnalistlər üçün ən təhlükəli ÖLKƏLƏR

Jurnalistlər üçün ən təhlükəli ÖLKƏLƏR

Media

10 Aprel 2023, 12:50

İraq və Suriyadan sonra jurnalistlər üçün ən təhlükəli ölkə Əfqanıstan hesab olunur. Bu ölkədə jurnalistlərin zorakılıqla qarşılaşması və qətlə yetirilməsi adi hal alıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Sərhədsiz reportyorlar” təşkilatının yaydığı hesabatda qeyd olunub.

 

Məlumata görə, son 20 ildə dünyada 1660 jurnalist qətlə yetirilib. Ölüm hadisələri əsasən İraq, Suriya və Əfqanıstanda baş verib. Belə ki, İraqda 300, Suriyada isə 280 jurnalist qətlə yetirilib.

 

Hesabatda bildirilib ki, hazırda hər üç ölkə jurnalistlər üçün təhlükəlidir.

 

Jurnalistlər üçün təhlükəli ölkələr siyahısına Yəmən, Somali, Fələstin də əlavə olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər