Modern.az

Azərbaycanda Qazaxıstan telekanalları yayımlanacaq

Azərbaycanda Qazaxıstan telekanalları yayımlanacaq

Media

11 Aprel 2023, 00:48

Media sahəsində qarşılıqlı fəaliyyət, kontent mübadiləsi iki qardaş xalqın - Qazaxıstan və Azərbaycan xalqlarının daha da yaxınlaşmasına mühüm töhfə verə bilər.

 

Modern.az “Kazinform”a istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevlə birgə bəyanatla çıxışı zamanı deyib.

 

“Danışıqlar zamanı Qazaxıstan telekanallarının Azərbaycanın kabel operatorlarının şəbəkələrində yayımı, o cümlədən animasiya filmlərinin yayımı ilə bağlı razılaşmaların həyata keçirilməsinin vacibliyi qeyd edilib”, - deyə Prezident bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər