Modern.az

Məşhur teleaparıcı vəfat etdi  - 79 yaşında

Məşhur teleaparıcı vəfat etdi  - 79 yaşında

27 Aprel 2023, 21:39

Məşhur teleaparıcı Cerri Springer 79 yaşında vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

 

Bildirilib ki, o, Çikaqodakı evində dünyasını dəyişib. Məlumata görə, teleaparıcıya bir neçə ay əvvəl xərçəng diaqnozu qoyulub.

 

1968-ci ildə Cerri Springer senator Robert Kennedinin komandasının müşaviri olib. 1970-ci ildə Konqresə namizədliyini irəli sürməyə çalışıb, lakin uğursuz olub. 1982-ci ildə NBC-də siyasi köşə yazarı işləyib.

 

1991-ci ildən Cerri Springer Amerika tamaşaçıları arasında geniş populyarlıq qazanmış tok-şousunu - "The Jerry Springer Show"u təqdim edib. Müxtəlif insanlar tok-şoulara gəlir, problemlərindən danışırdılar. Tok-şou qalmaqallı mövzularla yadda qalıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər