Modern.az

Jurnalistlərin Tbilisi görüşü: Yekun bəyanat qəbul edildi

Jurnalistlərin Tbilisi görüşü: Yekun bəyanat qəbul edildi

Media

29 Aprel 2023, 17:54

29 aprel 2023-cü il tarixində Tbilisidə Azərbaycan, Türkiyə, Gürcüstan və Ermənistandan olan jurnalistlərin iştirakı ilə “Cənubi Qafqazda Sülh və Medianın Rolu” mövzusunda görüş keçirilib.

 

Modern.az xəbər verir ki, baş ofisi Ankarada yerləşən media sahəsində aparıcı beynəlxalq qeyri-hökumət təşkilatı olan Qlobal Jurnalistlər Şurasının (KGK) təşəbbüsü ilə təşkil olunan görüşdə iştirakçılar Cənubi Qafqazda davamlı sülhün təmin edilməsində medianın rolu ilə bağlı geniş fikir mübadiləsi aparıblar.

 

Görüşün geniş müzakirə mühiti yaratdığı, eyni zamanda, Azərbaycan və Ermənistan mətbuat nümayəndələrinin ilk dəfə bir araya gəldiyi diqqətə çatdırılıb. Bildirilib ki, kommunikasiyanı gücləndirən və ortaq məqsədlərə doğru işləməyi nəzərdə tutan bu görüşə Gürcüstan və Türkiyə jurnalistlərinin verdiyi dəstək təqdirəlayiqdir.

 

Münaqişələrin qlobal sistemi sarsıtdığı bir vaxtda keçirilən görüş regional təşəbbüslərin davamlı sülhə nail ola biləcəyinə ümidlərin artırılması baxımından əhəmiyyətli hesab edilib. Tərəflər Cənubi Qafqazda davamlı sülhün bərqərar olması ilə bağlı konsensus əldə ediblər.

 

Qeyd olunub ki, tərəflər bütün ekstremist cərəyanlara, zorakılıq, münaqişə və terrorizmi dəstəkləyən ideya və baxışlara qarşıdırlar, bu yolda təşəbbüs, səy, plan və təxribatlarla birgə mübarizə prinsipini qəbul edirlər.

 

Tərəflər bəyan ediblər ki, "problemlərin həlli Qafqaz xalqlarının ümumi həll yolunun axtarışından keçir” prinsipinə sadiqdirdilər.

 

Yekun bəyanatda vurğulanıb ki, regional mətbuat - yayım təşkilatlarında hər cür nifrət nitqinin aradan qaldırılması ilə intiqamçı fikirlərin təbliğatına son qoyulmasında və gələcək nəsillərin nəşriyyat prinsiplərinin müəyyən edilməsində konsensusa nail olunub.

 

"Bu konsensusa uyğun olaraq, heç bir millətə qarşı alçaldıcı, marginallaşdırıcı və zorakılığa sövq edilə bilməz. Tərəflər əsrlər boyu birgə yaşamış Cənubi Qafqaz xalqlarının gələcəkdə də sülh və qarşılıqlı hörmət əsasında birgə yaşayacağına inandıqlarını vurğulayıblar.

 

Eyni zamanda tərəflər hesab edirlər ki, Cənubi Qafqazda yığılıb qalmış problemləri bir-birini daha yaxından tanımaqla həll etmək olar. Bu səbəbdən onlar milli mədəniyyətlərin digər ictimaiyyət tərəfindən daha yaxından tanınması üçün media qurumlarının fəaliyyətinin həyati əhəmiyyət kəsb etdiyini düşünürlər.

 

Tərəflər dezinformasiyaya qarşı mübarizənin vacib olduğuna inanırlar. Onlar bununla bağlı tez bir zamanda yoxlama mexanizminin yaradılmasını və gürcü həmkarlarının bu prosesə cəlb olunmasını istəyirlər.

 

Tərəflər hesab edirlər ki, region xalqları arasında isti və dinc əməkdaşlıq güclü iqtisadi əlaqələrdən irəli gəlir. Bu səbəbdən bütün milli media qurumlarının ortaq iqtisadi layihələr, investisiya planları, istehsalın və məşğulluğun artırılması siyasətləri, ekoloji problemlər və xüsusilə turizmlə bağlı xəbərləri artırmalıdır. Tərəflər bu mövzularda xəbər mübadiləsini artırmağı qərara alıblar.

 

Ermənistan və Azərbaycan mətbuat nümayəndələrinin ümumi fikirlərində Gürcüstan və Türkiyədən olan həmkarlar da iştirak edir", - deyə bəyanatda qeyd olunub.

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir