Modern.az

Əflatun Amaşov: “Prezident Administrasiyasından cavab gözləyirik”

Əflatun Amaşov: “Prezident Administrasiyasından cavab gözləyirik”

27 İyun 2013, 14:43


Jurnalistlər üçün tikilmiş çoxmərtəbəli binanın mənzillərinin gələcək sahiblərini müəyyənləşdirmək üçün redaksiyalardan irəli sürülən namizədlərin, eləcə də fərdi qaydada müraciət etmiş jurnalistlərin siyahıları Prezident Administrasiyasına göndərilib.

Bu barədə Modern.az saytına açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. O qeyd edib ki, indi Prezident Administrasiyasından cavab gözləyirlər.

“Redaksiyalardan siyahılar bizə daxil olan kimi onları ümumiləşdirib Prezident Administrasiyasına göndərdik. Biz də cavab gözləyirik. Vaxta var, yəqinki tezliklə cavab verilər”.  

Ümumilikdə, Mətbuat Şurasının üzvü olan 27 gündəlik, 35 həftəlik-aylıq qəzetdən, 13 informasiya agentliyindən, 7 xəbər portalından və 5 jurnaldan müraciət daxil olub. Bundan başqa 70 fərdi müraciət olub.

Qeyd olunmuş prinsiplərə görə, gündəlik qəzetlər və informasiya agentlikləri 3, həftəlik qəzetlər, portallar və jurnallar 1 namizəd irəli sürüb.  

Aytən ƏLİYEVA
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi