Modern.az

Heydər Əliyev jurnalistlərin dostu olub – Rəşad Məcid

Heydər Əliyev jurnalistlərin dostu olub – Rəşad Məcid

Media

3 May 2023, 12:32

“Ulu öndər Heydər Əliyevin mətbuatın azadlığı və inkişafında böyük xidməti olub”.

 

Modern.az xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Rəşad Məcid deyib.

 

“Ulu öndəri hörmətlə anıb, onun mətbuatın azadlığı və inkişafı uğrunda xidmətlərinin misilsiz olduğunu qeyd etmək istəyirəm. Heydər Əliyevin 6 avqust 1998-ci ildə imzaladığı qanunla Azərbaycan mətbuatında senzura aradan qaldırıldı. Mən o zaman ABŞ-da idim və xəbəri mənə orada çatdırmışdılar. Ulu öndər 1999-cu ildə KİV haqqında qanunu təsdiq etdi. Ümummilli lider Mətbuat Şurasının 2003-cü ildə keçirilən qurultayına məktub ünvanlamış, uğurlar arzulamışdı. Məhz buna görə də Heydər Əliyev jurnalistlərin dostu olaraq tanınmışdır”, - MŞ sədri bildirib.

 

Rəşad Məcid qeyd edib ki, Prezident İlham Əliyev Ulu öndərin mediaya sadiqliyini uğurla davam etdirir:

 

“Prezidentin 2005-ci ildə imzaladığı Azərbaycan Mətbuatının yaranmasının 130 illiyi ilə əlaqədar sərəncama əsasən jurnalistlər ilk dəfə fəxri adlara layiq görüldü. Prezident İlham Əliyev 3 dəfə müxtəlif illərdə “Jurnalistlərin dostu” adına layiq görülüb. Media nümayəndələri bu qərarı verərkən dövlət başçısının mediaya göstərdiyi xüsusi diqqəti nəzərə alıblar. Müstəqil media həm də məsuliyyətli media deməkdir. Bu gün media cəmiyyətlə iç-içədir. Biz jurnalistlərin Vətən müharibəsində yüksək səviyyədə iştirakının, öz vəzifələrini şərəflə yerinə yetirdiyinin şahidi olmuşuq. Kəlbəcərdə mina partlayışı nəticəsində iki həmkarımız həyatını itirdi. Onlar vəzifə borclarını həyata keçirərkən şəhid olublar”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir