Modern.az

Prezident mətbuat katibinə medal verdi: “Bu, mənim üçün sürpriz oldu”

	Prezident mətbuat katibinə medal verdi: “Bu, mənim üçün sürpriz oldu”

Media

27 İyun 2013, 22:07

İyunun 27-də Azərbaycan prezidenti İlham Əliyev bir qrup dövlət qulluqçusunun müxtəlif orden və medallarla təltif edilməsi barədə sərəncam imzalayıb.
Modern.az-ın məlumatına görə, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilənlər arasında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli də var.

“Mənim özüm üçün də gözlənilməz olan bu sürprizdən dolayı bütün ailəmiz hədsiz sevinc anları yaşadı. Bu böyük diqqət və qayğıya görə, möhtərəm prezidentə səmimi təşəkkürümü bildirirəm. Sevincimi paylaşan bütün dostlara və qohumlara da minnnətdarlıq edirəm”-deyə Akif Əli təəssüratlarını bölüşüb.

Akif Əli 1952-ci il fevralın 22-də Şuşada anadan olub. M.F.Axundov adına Azərbaycan Dövlət Rus dili və Ədəbiyyatı İnstitutunu bitirib.

Azərbaycanfilm, Tacikfilm, Lenfilm kinostudiyalarında filmlərə çəkilib (1974-1978). "Uzun müharibədə qısa görüşlər" (Tacikfilm) filmində Rüstəm, "Tütək səsi" filmində (Azərbaycanfilm) Tapdıq obrazlarını yaradıb.

1978-1987-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində müxtəlif vəzifələrdə çalışıb. Radionun "Satira və yumor" şöbəsində kiçik redaktor, redaktor və şöbə müdiri (1978-83), Televiziyanın Gənclər üçün proqramlar Baş redaksiyasının Baş redaktoru (1983-87) olub.

1991-93-cü illərdə "Vətən səsi" qəzetinin baş redaktoru vəzifəsində çalışıb. Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda (indiki Dövlət İdarəçilik Akademiyası) baş müəllim, dosent və Mədəniyyətşünaslıq kafedrasının müdiri (1992-94) işləyib.

1994-cü ildən Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışır. 3-cü dərəcəli dövlət müşaviridir. Filologiya elmləri üzrə fəlsəfə doktoru (1988), dosent, “Qızıl qələm” mükafatı laureatıdır. Ailəlidir, iki övladı var

Modern.az

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi