“MEDİAlab” layihəsi çərçivəsində seminar keçirilib

“MEDİAlab” layihəsi çərçivəsində seminar keçirilib

Media

16 May 2023, 13:42

Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı və 4 ali təhsil müəssisəsinin - Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti və Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tərəfdaşlığı ilə həyata keçirilən “MEDİAlab” layihəsi çərçivəsində jurnalistika ixtisasında təhsil alan və jurnalistikaya marağı olan gənclər üçün “Kapital Bank”ın İnnovasiya Proqramının rəhbəri Tariyel Ağazadə tərəfindən “Sahəvi jurnalistika- texnologiya bloqları” mövzusunda seminar keçilib.

 

MEDİA-dan Modern.az-a bildirilib ki, seminar zamanı Tariyel Ağazadə texnobloqerlik, texnobloqun yazılma qaydası, texnoloji media platformaları və bu sahədə olan təcrübəsindən danışıb, gəncləri maraqlandıran sualları cavablandırıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putinin iclas keçirdiyi qərargah vuruldu