Modern.az

Mətbuat Şurasının İdarə Heyəti toplaşdı - FOTOLAR

Mətbuat Şurasının İdarə Heyəti toplaşdı - FOTOLAR

Media

23 May 2023, 17:58

Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib.

 

Modern.az xəbər verir ki, MŞ sədri Rəşad Məcid gündəlikdə duran məsələlər barədə məlumat verib.

 

R.Məcid bildirib ki, qarşıdan milli mətbuatımızın 148 illiyi gəlir. Bununla bağlı keçiriləcək tədbirlərin müəyyənləşdirilməsi zəruridir. İclasda İH üzvləri tərəfindən mövcud istiqamətdə təkliflər irəli sürülüb. Təkliflərin qruplaşdırılması və növbəti iclasadək konkretləşdirilməsi qərara alınıb.

 

İclasda müzakirəyə çıxarılmış ikinci məsələ Şuranın Vəkillər Kollegiyası ilə bağlı əməkdaşlıq memorandumu ilə bağlı olub. Sənədin layihəsi ətrafında MŞ İdarə Heyətinin üzvü, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin məlumatı dinlənilib.

 

Toplantıda bildirilib ki, MŞ bundan əvvəl Mediasiya Şurası və Medianın İnkişafı Agentliyi ilə oxşar sənədlər imzalayıb. İH üzvləri Vəkillər Kollegiyası ilə əməkdaşlığın da səmərəli nəticələr verəcəyinə inamlarını ifadə ediblər. Memorandum layihəsi təsdiqlənib.

 

İclasda Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının baxdığı mələlələr ətrafında da fikir mübadiləsi aparılıb. Komissiyanın sədri, Bakı Dövlət Universitetinin dekanı Vüqar Zifəroğlunun bununla bağlı məlumatı dinlənilib. O bildirib ki, iclaslararası dövrdə komissiya ümumilikdə 6 şikayətə baxıb və müvafiq rəylər çıxarıb.

 

İH üzvləri həmin rəyləri məqbul qiymətləndiriblər və sənədlər Mətbuat Şurasının qərarı kimi təsdiqlənib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi