Modern.az

MediaTürk TV 2 yaşını qeyd edir - VİDEO

MediaTürk TV 2 yaşını qeyd edir - VİDEO

28 May 2023, 13:16

Bu gün MEDIATURK TV-nin 2 yaşı tamam olur.

 

Türk dünyasının mediakörpüsü olmağı qarşısına məqsəd qoyan MEDIATURK onlayn televiziyası 13 aprel 2021-ci ildən yayıma başlayıb. Türklərin yaşadığı geniş məkana xitab edən MEDIATURK TV müstəqil türk dövlətləri – Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanla yanaşı türk xalqlarının sıx məskunlaşdığı bütün coğrafiyada olmağı hədəfləyib.

 

İctimai-siyasi, sosial-iqtisadi, mədəni sferalarda verilişlər yayımlamaqla MEDIATURK TV türkdilli xalqların əlaqələrinin gücləndirilməsi üçün platforma rolunu oynayan MEDİATURK TV Türk dünyasının diasporu, parlamenti, siyasəti, mədəniyyəti, tarixi ilə bağlı xəbərlər verir. Gündəlik dünyada və Azərbaycanda baş verən bütün mühüm hadisələri xəbər və müzakirə formatında tamaşaçıların diqqətinə çatdırdır.

 

Qısa xaman ərzində MEDIATURK TV-ni izləyən tamaşaçıların sayı 100 mini ötüb.

 

Bizdə Modern.az komandası adından MEDIATURK TV-ni 2 yaşı münasibətilə təbrik edir, həmkarlarımıza uğurlar arzulayırıq!

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir