Modern.az

TV-lər Əfsanə ilə bağlı xəbərlərdə nöqsanlara yol verib

TV-lər Əfsanə ilə bağlı xəbərlərdə nöqsanlara yol verib

30 May 2023, 12:40

"Tovuzda 13 yaşlı qızın itkin düşməsi hadisəsinin işıqlandırılması zamanı yeniyetmənin hüquqlarını pozan audiovizual media subyektlərinə bildirişlər göndərilib".

 

Modern.az xəbər verir ki, bunu Audiovizual Şurasının aparat rəhbəri Fazil Novruzov “Audiovizual mediada uşaq hüquqlarının qorunması” mövzusunda dəyirmi masada deyib.

 

Onun sözlərinə görə, hadisənin işıqlandırılması zamanı bir neçə audiovizual media subyektinin pozuntulara yol verdiyi müəyyən olunub. Həmin audiovizual media subyektlərinə bildirişlər göndərildiyini bildirən aparat rəhbəri hazırda monitorinqlərin davam etdirildiyini diqqətə çatdırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!