Modern.az

Space TV-dən işdən çıxan məşhur aparıcı: "Mənim kimi zərin qədrini bilmədilər"

Space TV-dən işdən çıxan məşhur aparıcı: "Mənim kimi zərin qədrini bilmədilər"

Media

7 İyul 2013, 14:13

Space TV-nin tanınmış aparıcısı, əməkdar artist Əkbər Əlizadə bu telekanaldan işdən çıxıb. Modern.az-ın məlumatına görə, o, AzNews.az-a açıqlamasında telekanaldan uzaqlaşmasının səbəbini belə izah edib: 

- "Səhər" departamentinin və "Həyat davam edir" verilişininin aparıcısı Kamalə Xəlilova mədəniyyət və incəsənət aləmindən bixəbər, qeyri-peşəkar olduğu üçün mənim fəaliyyətimə əngəl törədirdi. 5 iyul verilişinin canlı yayımında onunla kəskin mübahisədən sonra efirin sonunda heç kəsə heç nə demədən tamaşaçılarla sağollaşıb, efirdən uzaqlaşmağa qərar verdim. Bu mənim addımım idi.
Space rəhbərindən bir incikliyim yoxdur. "Hicran" tamaşasında belə bir epizod var: "Şahlıq quşu özü sənin (Kamalə xanım nəzərdə tutulur) başına qonmuşdu. Mənim kimi zərin qədrini isə bilmədi".

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi