Modern.az

Türkiyədə məşhur jurnalist vəfat etdi

Türkiyədə məşhur jurnalist vəfat etdi

2 İyun 2023, 09:30

Türkiyədə tanınmış jurnalist, "Sabah" qəzetinin köşə yazarı Mehmet Barlas həyatını itirib.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Barlas 81 yaşında müalicə aldığı İstanbulun Şişli rayonundakı xəstəxanada vəfat edib.

 

1942-ci ildə Ankarada anadan olan jurnalist İstanbul Universitetinin hüquq fakültəsinin məzunu olub. O, tələbəlik illərində Türkiyə Milli Tələbə Federasiyasının mətbuat komissiyasına sədrlik edib.

 

Jurnalistika fəaliyyətinə də həmin illərdə atasının qurduğu "Son Havadis" qəzetində başlayıb. Barlas müxtəlif illərdə "Cumhuriyet", "Resmi Gazete", "Günaydın", "Milliyet", "Güneş", "Tercüman", "Hürriyet", "Türkiye", "Sabah", "Yeni Şafak", "Star", "Akşam" və digər nəşrlərdə, habelə müxtəlif televiziya kanallarında çalışıb.

 

M.Barlas həmçinin 7 kitabın müəllifi olub.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı