Modern.az

Azərbaycanlı və erməni jurnalistlərin yeni görüşünə ehtiyac var

Azərbaycanlı və erməni jurnalistlərin yeni görüşünə ehtiyac var

Media

6 İyun 2023, 12:02

2023-cü ilin aprelin 29-da Beynəlxalq Jurnalistlər Şurasının təşkilatçılığı ilə Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Cənubi Qafqazda Sülhün Qorunmasında Medianın Rolu” adlı konfrans keçirilib. Konfransda Azərbaycan, Türkiyə, Gürcüstan və Ermənistan jurnalistləri iştirak ediblər. Ardınca Azərbaycan və Ermənistan jurnalistlərinin təkbətək görüşü olub. Burada əsas məsələ müharibə şəraitində olan Azərbaycan və Ermənistan cəmiyyətlərinin sülhə hazırlanmasına dəstək vermək və müharibənin xalqlara xeyir gətirmədiyini bir daha insanlara göstərmək olub.  


Görüşlə bağlı təəssüratlarını Modern.az-la bölüşən Beynəlxalq Jurnalistlər Təşkilatının sədri Mehmet Ali Dim bildirib ki, sülhün əldə olunması üçün müharibə tərəfləri olan ölkələrin jurnalistlərinin bir araya gəlməsi mühüm əhəmiyyət kəsb edir:


“Jurnalistlər sosial aktiv insanlardır. Onlar indiki şəraitdə sosial şəbəkələrdə öz paylaşımları ilə sülhün əldə olunmasına müəyyən mənada təsir edə, hətta dəstək ola bilirlər. Biz jurnalistlər dünyada sülhün bərqərar olması, savaşların dayandırılması istiqamətində bütün imkanlarımızı ortaya qoymalıyıq. Məhz bu tədbir həmin məqsədlə həyata keçirildi. Sevindirici haldır ki, azərbaycanlı və erməni jurnalistlərin təkbətək görüşündə müəyyən məsələlərlə bağlı razılıq əldə olundu. Hətta saziş imzalandı. Biz hesab edirik ki, sülhün qorunmasında bütün münaqişəli ölkələrin jurnalistlərinin görüşü səmərə verə bilər. Odur ki, bu istiqamətdə səylərimizi bundan sonra da davam etdirəcəyik”.

 


Mehmet Ali Dim belə görüşlərin yenidən təşkil olunmasına ehtiyac olduğunu vurğulayıb:


“Azərbaycan və Ermənistan arasında konkret olaraq sülh sazişinin imzalanması ilə bağlı rəsmi şəkildə müəyyən irəliləyişlər var. İrəliləyişlərə dəstək olmaq üçün həmin ölkələrin jurnalistlərinin görüşünə yenidən ehtiyac olduğunu düşünürük. Gürcüstandakı konfransda belə qərara alındı ki, görüş Azərbaycanda və Ermənistanda da keçirilsin. Bunun həlli istiqamətində müəyyən işlər aparılır. Lazımı instansiyalara müraciət olunub. Biz düşünürük ki, jurnalistlər sülhün bərqərar olunması, Cənubi Qafqazda savaşın dayandırılması üçün öz rollarını oynamalı və var gücü ilə fəaliyyət göstərməlidirlər. Sevindirici hal ondan ibarətdir ki, jurnalistlərin görüşündən sonra müxtəlif şəkildə rəsmi görüşlər keçirildi. Bu görüşlərdə əsas hədəf sülh sazişinin imzalanmasıdır. Jurnalistlərin ikili görüşlərinin rəsmi sülh müqaviləsinin imzalanmasına müəyyən mənada dəstək ola bildiyini nəzərə alaraq, digər münaqişəli ölkələrdəki jurnalistlərlə bağlı danışıqlar aparırıq. Məqsəd həmin ölkələrin insanlarına sülhün alternatvin olmadığını bir daha göstərmək, müharibənin heç bir xalqa, ölkəyə, dövlətə xeyir gətirmədiyini onlara çatdırmaqdır. Hesab edirəm ki, biz bu istiqamətdə  öz fəaliyyətimizi davam etdirməli  və müəyyən mənada sülhün bərqərar olmasında dəstəyimizi əsirgəməməliyik”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?