Modern.az

Telekanalların evli cütlükləri - SİYAHI

Telekanalların evli cütlükləri - SİYAHI

Media

10 İyul 2013, 13:57

Azərbaycan jurnalistikasında, o cümlədən teleməkanda xeyli evli cütlüklər var. Modern.az saytının əməkdaşı həmin cütlüklərlə bağlı araşdırma aparıb. Həmin araşdırmanı sizə təqdim edirik.

Tanınmış idman şərhçisi, hazırda isə “Neftçi” futbol klubunun mətbuat xidmətinin rəhbəri olan Gündüz Abbaszadə ANS telekanalının əməkdaşı, teleaparıcı İntizar Mədətqızı ilə ailəlidir. Cütlüyün bir qızları var. Qeyd edək ki, Gündüz Abbaszadə də uzun müddət ANS-də çalışıb.

Hər kəsin ATV-dəki “Axşama doğru” verilişi ilə tanımağa başladığı Vüsalə Əlizadə isə bir  zamanlar ANS telekanalında “X dance” telelayihəsini aparmış Azər İsmayılovla ailəlidir. Hazırda cütlük “AV production”a sahibdir. Sözügedən prodakşnın bir neçə telekanalda verilişləri var.

İndi haqqında danışacağımız cütlük isə daha məşhurdur. Zaur Baxşəliyev və Günay Qələndərli cütlüyü ötən ilin oktyabr ayında ailə həyatı qurub və yaxın zamanlarda cütlüyün övladları dünyaya gələcək. Qeyd edək ki, Zaur artıq fəaliyyətinə xitam verilmiş Beynəlxalq Universitetin junalistika fakültəsini, Günay isə Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirib.

Zəhra və Cavid Osmanovları isə ANS telekanalının tanınmış simaları hesab etmək olar. Zəhra xanım telekanalda yayımlanan “Ağıl dəryası”, Cavid isə “Salam, Azərbaycan” verilişinin aparıcısıdır.

ANS-in tanınmış cütlükləri bununla kifayətlənmir. Telekanalın vitse-prezidenti Mirşahin Ağayev aparıcı Səbinə Ağayeva ilə burada tanış olub, ailə qurublar.

Digər teleaparıcı Aytən Səfərova və Zəki, müxbir Lalə ilə operator Hikmət,  operator Ramin Yaqubov və müxbir Aynur da bu telekanalda evləniblər.

Bədii və Publisistik Verilişlər Departamentinin baş redaktoru Samirə Səfərəliyevanın da həyat yoldaşı Andrey Semyonovla tanışlığı ANS ÇM-də təcrübə keçdiyi zamanlara təsadüf edir.

İctimai Televiziyanın siması Leyla Əliyeva isə bu telekanalın rejissoru Abbas Quliyevlə ailəlidir.

Tanınmış teleaparıcı Günay Novruzqızı isə operator Kənan Məhərrəmovla evlidir. Qeyd edək ki, Günay xanım bir zamanlar “Lider” telekanalının xəbər aparıcısı olub və hazırda “Xəzər” televiziyasında çalışır.

”Lider”də daha bir neçə evli cütlüklər var: aparıcı Leyla Hüseynova və operator Anar, aparıcı Nərgiz Məmmədzadə və “Lider” radionun direktoru Emin.

Telaparıcılar Samirə Mustafayeva və Vaqif Aydınoğlu da eyni kollektivvdə çalışır. Hər ikisi ATV-də çalışan cütlük 6 ildir ki, ailəlidirlər. Samirə xanım “LG Bilik akaddemiyası, “Atv xəbər” kimi proqramların aparıcısıdır. Vaqif  Aydınoğlu isə telekanalın Xəbərlər Departementinin baş redaktorudur.

“Xəzər” telekanalında aparıcı kimi çalışan Billurə Aslan isə həyat yoldaşı redaktor Ramillə lap çoxdan əvəllər fəaliyyət göstərmiş STV-Bakı bürosunda çalışarkən tanış olub.

İntiqam Valehoğlu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?