Modern.az

Prezident jurnalist Nicat Dağların müalicəsi ilə bağlı göstəriş verdi

Prezident jurnalist Nicat Dağların müalicəsi ilə bağlı göstəriş verdi

10 İyul 2013, 23:18


Xəbər verdiyimiz kimi tanınmış jurnalist Nicat Dağların ağır xəstəliyinin müalicə edilməsi üçün respublika prezidenti İlham Əliyevə bir qrup jurnalist tərəfindən müraciət edilmişdi. Axşam saatlarında Prezident Administrasiyasından Nicat Dağlarla bağlı kampaniyanın koordinatorluğunu edən jurnalist Elşad Məmmədli ilə əlaqə saxlayaraq bildiriblər ki, KİV nümayəndələrinin  müraciəti prezidentə çatdırılıb. Bu barədə musavat.com-a Elşad Məmmədli məlumat verib. 
Administrasiyadan bildirilib ki, prezident İlham Əliyev Nicat Dağların müalicəsi ilə bağlı gərəkən bütün addımların atılması ilə bağlı göstəriş verib. Tapşırığın icrasına artıq başlanılıb. 
 
Nicat Dağlarla bağlı müraciətə operativ reaksiya verdiyi üçün müraciət müəllifləri İlham Əliyevə öz təşəkkürlərini bildirirlər.

Nicatda leykoz xəstəliyi aşkarlanıb. Onun həyatının xilası yalnız Almaniyadakı klinikalarda mümkündür.

Nicatın üzərində ilik köçürmə əməliyyatı aparılmalıdır. İlkin danışıqlara görə əməliyyata 50 min Avroya qədər vəsait tələb olunur.

Modern.az
 
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi