Modern.az

“Atı cıdırda çaparlar, telekanalda yox!” - Space TV-dən yeni AÇIQLAMA

“Atı cıdırda çaparlar, telekanalda yox!” -  Space TV-dən yeni AÇIQLAMA

Media

12 İyul 2013, 15:18


Space telekanalının “Səhər” verilişləri Departamentinin rəhbəri, “Həyat davam edir” verilişinin aparıcısı rəhbəri Kəmalə Xəlilova son günlər haqqında mətbuatda gedən informasiyalarla bağlı Modern.az saytına növbəti açıqlama verib. K.Xəlilovanın açıqlamasında bildirilir ki, son zamanlar ona qarşı olan ittihamlar və böhdanların əsas səbəbi sadəcə paxıllıqdır:

“Məhz bu paxıllıq bəzi bacarıqsız insanları belə çirkin addım atmağa vadar edib. Sirr deyil ki, bizim işgüzar komandamız qısa bir müddət ərzində “Həyat davam edir” verilişinin reytinqinin yüksəlməsinə nail oldu və bizim bu naliyyətimiz qısqanc, paxıl adamlara böyük zərbə vurdu. Bizim normal iş prosesimizə mənfi təsir göstərmək məqsədilə “paxıllar qruplaşması” ardıcıl olaraq öz gördüyü işləri, nailiyyətləri ilə yox, yalnız bax belə yalan iftiralarla hərəkətə keçdilər. Təbii ki, belə insanlar ancaq bu yolu seçə bilərdilər, çünki öz işlərində uğur və ya hər hansı nəaliyyət qazanmaq imkanları yoxdur. Əslində mənim belə adamlara yazığım gəlir... Təəssüf ki, onların “Sağlam rəqabət” anlayışını anlayıb, qəbul etmək imkanı yoxdur. Qeyd etmək istərdim ki, rəhbərlik etdiyim Departamentdə əməkdaşlarımız çox çalışqandır. Bu da bizi sevindirir, paxılları isə qıcıqlandırır. Və təbii ki, paxıllıqla qarşılaşan telekanal rəhbərliyi onları yox, bizi yəni işgüzar, istedadlı insanları dəstəkləyir.Vaxtı ilə Space telekanalından müxtəlif səbəblərə görə uzaqlaşdırılan adamlar bizim komandamızın işinə mane olmaq üçün bütün çirkin əməllərə əl atırlar”.

K.Xəlilova qeyd edir ki, bütün dünyada proqramlar yay tətilinə çıxır. Amma:

“Nədənsə “Həyat davam edir” proqramı tətilə çıxan kimi, o saat bu paxıllar birləşib qrup şəklində bizə və xüsusilə mənə qarşı mediyada qara pr hücumuna başladılar. Halbuki, Azərbaycan teleməkanında ən papulyar proqramlar belə rahat tətilə çıxıb və heç kim bu tətilə başqa ad vermir. Yalnız bizim proqramın tətilinə ağlasığmaz versiyalar yaradıb paylaşdırırlar. Təbii ki, biz savadlı insanlarıq və bu qara PR-ın məqsədini anlayırıq, amma televiziya tamaşaçılarına dezinformasiya verməyə kimin ixtiyarı var? İstənilən kanalda yayımlanan proqramın tamaşaçılarını yalan məlumatla azdırmaq ən azından onlara qarşı edilən hörmətsizlikdir. Hər hansı bir verilişin yeniliyi, dəyişikliyi barədə yalnız telekanalın və ya layihənin rəhbəri dəqiq məlumat verə bilər. Biz nəyin ki, digər proqramlar kimi tətilə çıxdıq, biz hətta bu tətildən digər verilişin reytinqini qaldırmaq üçün istifadə etdik. İndi görün biz nə qədər çalışqan komandayıq?!”.

Teleaparıcı sonda “at oynatmaq” məsləsinə də münasibət bildirib:

“Sonda isə “At oynatmaq” məsələsinə aydınlıq gətirmək istəyirəm. Mən Kəmalə Xəlilova Space telekanalının bir Departament rəhbəri, “Həyat davam edir” layihəsinin aparıcısı və rəhbəriyəm. Bu günə qədər də bu kanalda sadəcə böyük məsuliyyətlə öz vəzifə borcumu yerinə yetirmişəm. Bəlkə kimsə bilmir onda mən deyim: “Atı cıdırda çaparlar, telekanalda yox!”. Ələlxüsus da Vaqif Mustafayev kimi yaradıcı və peşəkar bir şəxsin rəhbərlik etdiyi bir kanalda bu qeyri-mümkündür. Əgər bu “paxıllar qruplaşması” belə iyrənc çirkin böhtanlarla bizim işimizin gedişatına təsir etmək istəyirlərsə, boşuna əziyyət çəkməsinlər, çünki “Həyat davam edir!””...

İntiqam Valehoğlu

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi