Modern.az

MEDİA fərdi jurnalist müsabiqəsi elan etdi

MEDİA fərdi jurnalist müsabiqəsi elan etdi

14 İyun 2023, 12:10

Medianın İnkişafı Agentliyi fərdi jurnalist müsabiqəsi elan edib.

 

Agentlikdən Modern.az-a bildirilib ki, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.4-cü maddəsinə əsasən jurnalist anlayışı ilə əhatə olunan şəxslər müsabiqədə iştirak edə bilərlər.

 

Müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib.media.gov.az portalı vasitəsilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə təqdim edilməlidir.

 

Müsabiqənin yekununda yazılar üçün nəzərdə tutulmuş nominasiyaların hər biri üzrə 5 jurnalist, süjetlər üçün nəzərdə tutulmuş nominasiyaların hər biri üzrə isə 2 jurnalist və 2 operator qalib elan olunacaq və mükafatlandırılacaq.

 

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər