Modern.az

Audiovizual Şura televiziyalar üçün müsabiqə elan etdi

Audiovizual Şura televiziyalar üçün müsabiqə elan etdi

16 İyun 2023, 13:57

Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Azərbaycan Respublikası Qanununun 34.1-ci, 50.5-ci, 51.1-ci maddələrini rəhbər tutaraq ödənişli rəqəmsal yerüstü televiziya retranslyasiya xidməti həyata keçirən multipleks operatorlarının istifadəsinə radiotezliklərin (Bakı Teleqüllə Kompleksindən 33-cü və 36-cı TV yayım kanalları) ayrılması üçün müsabiqə elan edib.

 

Bu barədə Modern.az-a Şuradan xəbər verilib.

 

Müsabiqədə iştirak etmək istəyən hüquqi şəxslər aşağıdakı sənədləri kağız daşıyıcıda və ya elektron formada Şuraya təqdim etməlidirlər.

 

Müsabiqə ilə bağlı bu linkə daxil olaraq tanış olmaq mümkündür.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər