Modern.az

“Jurnalistlər istəsələr aldıqları mənzilləri sata, hədiyyə edə, kirayəyə verə biləcəklər”

“Jurnalistlər istəsələr aldıqları mənzilləri sata, hədiyyə edə, kirayəyə verə biləcəklər”

22 İyul 2013, 14:48

Bu gün səhər Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilən binaın açılış mərasimi oldu, mənzillər püşkatma ilə bölüşdürüldü.
Modern.az-ın xəbərinə görə, açılışdan sonra KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bildirib ki, mənzillər dövlət reyestrində qeydiyyatdan keçənə qədər jurnalistlər öz aralarında dəyiş-düyüş edə bilərlər. Yəni kim istəsə mərtəbələri, mənzilləri öz aralarında dəyişdirə bilər.
V.Səfərli deyib ki, jurnalistlərə hədiyyə verilən mənzillər dövlət reyestrində qeydiyyata alınandan sonra jurnalistlərin şəxsi mülkiyyətinə keçəcək, onlara order veriləcək. Bu halda jurnalistlər şəxsi mülkləri olan həmin mənzilləri istəsələr sata, hədiyyə edə, kirayəyə verə biləcəklər.

Vüqar İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi