Rusiyanın Baş naziri Mixail Mişustin Sergey Mixaylovun TASS informasiya agentliyinin baş direktoru vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Modern.az xəbər verir ki, Andrey Kondraşov agentliyin yeni rəhbəri təyin olunub.
O, əvvəllər Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun birinci müavini vəzifəsində çalışıb.