Modern.az

XİN-dən Qarabağa icazəsiz gedən jurnalistlərlə bağlı AÇIQLAMA

XİN-dən Qarabağa icazəsiz gedən jurnalistlərlə bağlı AÇIQLAMA

19 İyul 2023, 16:20

Azərbaycanda yerli və xarici media nümayəndələrinin fəaliyyətinin təmin edilməsinə şərait yaradılır. 

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.


“Bu, Azərbaycan Respublikasının qarşıya qoyduğu prioritetlərdən biridir. Amma buna baxmayaraq, müxtəlif illərdə bəzi xarici media nümayəndələri Azərbaycanın işğalda olmuş ərazilərinə səfərlər ediblər. Azərbaycan hökumətinin icazəsi olmadan onlar ərazilərimizə daxil olublar. Müxtəlif illərdə məlum olub ki, səfər bu şəxslərin məlumatsızlığı ilə bağlıdır. Həmin şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq arzuolunmaz şəxs siyahısına daxil edilir. Amma bu il 15-ə yaxın ölkədən 58 media nümayəndəsi siyahıdan silinib", - deyə XİN rəsmisi vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər