Modern.az

Erməni jurnalistlər Azərbaycana gələ bilərlər - RƏSMİ

Erməni jurnalistlər Azərbaycana gələ bilərlər - RƏSMİ

19 İyul 2023, 16:24

Erməni əsilli jurnalistlərin Azərbaycana səfərinə məhdudiyyət qoyulmayıb.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.

 

"Azərbaycan müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edir. Tədbirlər çərçivəsində müxtəlif media orqanlarında çalışan erməni əsilli jurnalistlərin ölkəmizə səfərləri təşkil olunub. Onların ölkəmizə səfəri növbəti mərhələlərdə də təşkil oluna bilər və heç bir məhdudiyyət qoyulmur. Bütün səfər edənlərin Azərbaycanın qanunlarına hörmət etməsi zəruri amillərdəndir. Bu istiqamətdə növbəti illərdə müsbət addımların atılması gözlənilir”, - deyə XİN rəsmisi qeyd edib.

 

Mətbuat Şurasının sədri Rəşad Məcid isə vurğulayıb ki, Ermənistan jurnalistləri Azərbaycana səfər etmək istəsələr, bu sahədə problem olmaz. 

 

“Müxtəlif dövrlərdə Tbilisidə Azərbaycan və Ermənistan jurnalistlərinin görüşləri təşkil edilib. Azərbaycanda media azadlığı var və Azərbaycan qanunları çərçivəsində ölkəmizə gəlmək istəyən Ermənistan jurnalistləri üçün qapı açıqdır. Ermənistan jurnalistləri Azərbaycana səfər etmək istəsələr, problem olmaz”.

Bu xəbər ilə bağlı
XİN-dən Qarabağa icazəsiz gedən jurnalistlərlə bağlı AÇIQLAMA
Xəbəri oxu
Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər