Modern.az

İslahatlar Prezidentin mediaya verdiyi qiymətin təzahürüdür

İslahatlar Prezidentin mediaya verdiyi qiymətin təzahürüdür

Media

20 İyul 2023, 11:52

Ulu Öndər Heydər Əliyevin sovet vaxtı həyata keçirdiyi işlər məhz müstəqillik yolunda atılmış addımlar idi. Müstəqillik dövründə Ümummilli Liderin mətbuata verdiyi önəmin şahidi olduq. Həmin dövrdə 100 ildən artıq mövcud olan senzura ləğv olundu, mətbuat üçün yeni şərait yaradıldı. Mətbuatın özünü tənzimləməsi istiqamətində qərarlar, qanunlar qəbul edildi. Ulu Öndər mətbuat nümayəndələri ilə mütəmadi görüşlər keçirirdi.

 

Modern.az xəbər verir ki, bu sözləri Mətbuat Şurasının sədri Rəşad Məcid "Media qlobal transformasiyalar dövründə: ənənələrdə varislik, jurnalistika prinsipləri və ictimai maraqlar" mövzusunda keçirilən konfransda deyib.

 

O bildirib ki, Ümummilli Liderin mətbuatla bağlı həyata keçirdiyi tədbirlər onun siyasi varisi Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Müasir dövrdə media sahəsində islahatların dərinləşməsi, Medianın İnkişafı Agentliyinin yaranması, "Media haqqında" yeni Qanunun qəbulu dövlətimizin başçısının bu sahəyə verdiyi qiymətin təzahürüdür.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər