Modern.az

Həsən bəy Zərdabi adına mükafat təqdim olundu - FOTOLAR

Həsən bəy Zərdabi adına mükafat təqdim olundu - FOTOLAR

Media

21 İyul 2023, 14:48

Azərbaycan Jurnalistlər Birliyi (AJB) Milli Mətbuatın yaranmasının 148-ci ildönümü münasibətilə Həsən bəy Zərdabi adına mükafatın təqdimetmə mərasimini keçirib. 

 

Modern.az xəbər verir ki, AJB-in sədri Elçin Şıxlı və Əməkdar jurnalist, professor Qulu Məhərrəmli mükafatları sahiblərinə təqdim ediblər.

 

Ümumilikdə mükafat 8 nəfərə verilib.

 

Tamam Bayatlı (“BP” şirkəti) İctimaiyyət və mətbuatla əlaqələrin qurulmasında fəaliyyətinə görə, Pərvanə Nadirqızı ( İctimai Radio) Azərbaycan mədəniyyəti, tarixi və musiqisini, həmçinin ölkənin bugünkü inkişafını təbliğ edən “Can Azərbaycan” verilişinə görə, Anar Yusifoğlu ( İctimai Televiziya) telejurnalistikanın inkişafındakı xidmətlərinə görə, Elşad Eyvazlı (Modern.az) elektron medianın inkişafındakı xidmətlərinə görə, Sərxan Carçı (Carçı Exspress jurnalı) Cümhuriyyət tarixi ilə bağlı araşdırmalarına görə Həsən bəy Zərdabi adına mükafata layiq görülüb.

 

Təltif edilən media nümayəndələri Azərbaycan Jurnalistlər Birliyinə təşəkkür ediblər.

 

Modern Media Qrupunun direktoru Elşad Eyvazlı bildirib ki, Həsən bəy Zərdabi adına mükafat jurnalistlər üçün əhəmiyyətlidir.

 

“Jurnalist əməyinə verilən ən öndə mükafatlardan biri məhz budur. Əməyimizi dəyərləndirən hər kəsə təşəkkürlərimizi bildiririk”, - Əməkdar jurnalist deyib.

 

İctimai Radionun əməkdaşı Pərvanə Nadirqızı və digər təltif olunan jurnalistlər də təəssüratlarını bölüşərək, belə bir mükafata layiq görülmənin onlar üçün sevindirici olduğunu vurğulayıblar. Diqqətə çatdırılıb ki, Həsən bəy Zərdabi adına mükafat jurnalistlər üçün təsis edilən ən vacib mükafatlardan biridir.

 

Qeyd edək ki, "Zərdabi" mükafatı 1990-cı illərin sonlarında Azərbaycan Jurnalistlər Birliyinin o zamankı sədri, mərhum jurnalist Hacı Hacıyevın təşəbbüsü ilə təsis olunub. Laureatları Azərbaycan Jurnalistlər Birliyi Azərbaycan Jurnalistikası Günü ərəfəsində seçilir. Bu təsisatda məqsəd əsası 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən qoyulmuş Azərbaycan mətbuatının maarifçilik ənənələrini davam etdirməyə, azad, demokratik və peşəkar mətbuatın formalaşması uğrunda yorulmadan mübarizə aparmağa, obyektiv və məsuliyyətli sözə üstünlük verməyə həvəsləndirməkdir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər