“Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü münasibətilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" Qlobal Forumunun ikinci gününün ilk tədbiri - “Medianın gələcəyi: Rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər və medianın rolu” adlı sessiya keçirilir.
Modern.az xəbər verir ki, beynəlxalq xəbər aparıcısı, jurnalist Maria Ramosun moderatorluğu ilə keçirilən sessiyanın panel müzakirə mövzusu medianın gələcəyinə, ənənəvi media üçün növbəti addımlara, rəqəmsal transformasiyaya həsr olunub.
Tədbirdə yerli və xarici media nümayəndələri, eyni zamanda, ekspertlər iştirak edirlər.
Qeyd edək ki, Şuşa Qlobal Media Forumuna 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Tədbirdə, həmçinin 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edir.