Modern.az

Deputat baş redaktora “müharibə elan etdi”

Deputat baş redaktora “müharibə elan etdi”

22 Avqust 2023, 12:58

Milli Məclisin deputatı Fazil Mustafa onun əlillik dərəcəsi almaq üçün hansısa instansiyaya müraciət ünvanladığı barədə xəbər yayan bəzi saytları ittiham edib.

 

“Düşmən şəbəkəsi bizim məkanda görün necə rahatlıqla toz-tozanaq qaldıra bilir. Hələ ki heç bir instansiyaya əlilllik və ya başqa məsələ ilə bağlı müraciətim olmayıb. Törədilən terror aktı nəticəsində baş verən xəsarətin dərəcəsinin müəyyənləşməsi sadəcə məhkəmə prosesi üçün zərurət təşkil edir. Hətta belə bir müraciət olsaydı belə, burada hansısa hüquqi və ya tibbi imtiyazdan deyil, real bir durumdan söhbət gedərdi. Məhz bunu yaxşı bilən və gələcəkdə məhkəmədə ifşa olunacağını anlayan İran xüsusi xidmət orqanları bizim bəzi savadsız media və sosial şəbəkə ünsürlərini qəsdən yönləndirərək, yalan informasiyanı necə tirajladılarsa, milli başıboşlarımız da sürü şəklində bu kampaniyanın aktiv iştirakçısına çevrildilər”.

 

Fazil Mustafa bəzi saytların adlarını da çəkib.

 

“Hakimiyyət içindən bəzi dairələrin dəstəklədiyi konkret.az kimi saytların da İran şəbəkəsinə aid saytlarla birlikdə şəxsimizə qarşı hücumlara başlaması düşmənin necə koordinasiyalı və mütəşəkkil fəaliyyətininin mövcudluğunu göstərir. Heç narahat olmayın. Heç bir uydurduğunuz yarlıqlar, sifarişli ifşalar, atdığınız söz və silah güllələri məni doğru bildiyim, həyatımı qoyduğum məmləkət davasından çəkindirə bilməz”.

 

Fazil Mustafanın ittihamı adı çəkilən saytın rəhbərini hiddətləndirib.

 

Modern.az-ın məlumatına görə, Konkret.az-ın baş redaktoru Fadil Paşayev deputata etiraz edib:

 

“Fazil Mustafa söz azadlığına və fikir müxtəlifliyinə dözümsüzlük nümayiş etdirir. Yazı yalnız faktlardan ibarətdir və burada heç bir sifarişdən söhbət belə gedə biməz. Yazıqlar olsun. Bir daha bəyan edirəm ki, rəhbərlik etdiyim sayt söz azadlığı və media peşəkarlığına uyğun olaraq fəaliyyətini inamla davam etdirir”.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər