Rusiyada "Vaqner" muzdlularının rəhbəri Yevgeni Priqojinin təyyarə qəzasında ölümü ilə bağlı xəbərlər Britaniya qəzetlərinin manşetini bəzəyir.
Modern.az BBC-yə istinadən ingilis mətbuatının qəzaya və Priqojinin ölümünə dair materiallarını təqdim edir.
"The Financial Times" bu yaxınlarda çəkilmiş "Afrikadan kənar" adlı videodan kadr seçib. Başlıq: “Vaqner"in bossu Priqojin qəzaya uğrayan təyyarədə olub, Rusiya rəsmiləri belə deyir” Qəzet ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börnsdən sitat gətirir: “Mənim təcrübəmdə Putin qisas almağın ali apostuludur”.
"I" qəzeti qəzanın tarixinə diqqət yetirib: “Putin tənqidçisi üsyandan 60 gün sonra öldürüldü”.
"The Guardian" qəza yerindən bir fotonu ön səhifədə təqdim edib. Məqalənin başlığında deyilir: “Vaqnerin rəhbəri Priqojinin Moskva yaxınlığında təyyarə qəzasında həlak olduğu bildirilir".
"Nə çürük əclaf!". "Daily Star" başlığı. Qəzet yazır ki, Priqojinin ölümü heç kəsi təəccübləndirmir.O, indi Putinin “qəzada” ölən onlarla düşməninin siyahısındadır.
"Daily Express": Sürpriz yoxdur. Yaraqlıların lideri və Putinin düşməni “qəzada öldü”.
"Daily Mail" "Bu, Putinin dəhşətli qisası idimi?" sualını ritorik hesab edir.
"Putinin qisası" - "Daily Mirror" əmindir. Qəzet hesab edir ki, Putin bir neçə həftə əvvəl "Vaqner"in rəhbərini “hit siyahısına” salıb.
“Times” qəzeti “Putini qəzəbləndirən "Vaqner" rəhbəri təyyarə qəzasında ölüb” başlıqlı xəbərlə çıxış edir.
“The Telegraph” Britaniya kəşfiyyat mənbələrinə istinadən hesab edir ki, Priqojin Putinin göstərişi ilə öldürülüb.
“The Sun”ın sadə başlığı var: “Putinin qisası”.