Modern.az

Jurnalistlərin 3-cü binası onlara verilməyəcək: məsələyə nöqtə QOYULDU

Jurnalistlərin 3-cü binası onlara verilməyəcək: məsələyə nöqtə QOYULDU

25 Avqust 2023, 15:46

Jurnalistlər üçün tikilmiş 3-cü binanın taleyinə rəsmən aydınlıq gətirilib.


Modern.az saytının məlumatına görə, bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov açıqlama yayıb.

Açıqlamada deyilir:
 

“Medianın çoxsaylı sorğularına cavab olaraq bildiririk ki, Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Yeni Salyan yolu 20 ünvanında yerləşən 255 mənzilli binadakı mənzillərin ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın ailələrinə və həmin döyüşlərdə yaralanaraq əlilliyi müəyyən olunmuş igid Vətən övladlarının mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması üçün istifadə edilməsi nəzərdə tutulub".

Xatırladaq ki, jurnalistlər üçün tikilmiş 3-cü binanın təməli ölkə Prezidentinin sərəncamı ilə 2017-ci ildə qoyulub.

A.Qorxmaz

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər