Modern.az

Azərbaycanda “Tiktok” rəsmən məhdudlaşdırıldı

Azərbaycanda “Tiktok” rəsmən məhdudlaşdırıldı

Media

19 Sentyabr 2023, 16:06

Azərbaycanda “TikTok” sosial şəbəkəsinin fəaliyyətinə müvəqqəti məhdudiyyət tətbiq edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb:

 

"19 sentyabr tarixindən Azərbaycan ərazisində “TikTok” sosial şəbəkəsinin fəaliyyətinə müvəqqəti məhdudiyyət tətbiq edilib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşları sosial şəbəkələrdə paylaşım edərkən Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə və sosial şəbəkə inzibatçılarının müəyyən etdiyi qayda və şərtlərə riayət etməyə çağırır".

 

Qeyd edək ki, bu gün Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağda lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

 

****

14:50

 

Azərbaycanda "Tiktok" sosial şəbəkəsinin fəaliyyəti məhdudlaşdırılıb.

Modern.az xəbər verir ki, hazırda ölkə ərazisindən "Tiktok"a giriş mümkün deyil.

Müdafiə Nazirliyinin məlumatına görə, hazırda Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirləri aparılır. Ordumuzun arsenalında mövcud olan yüksək dəqiqliyə malik silahların istifadəsi ilə yalnız qondarma rejimin qanunsuz silahlı birləşmələrinə məxsus hərbi hədəflər sıradan çıxarılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rəisinin düşdüyü qəza barədə sensasion faktlar-Olaydan əvvəl...