Modern.az

Qarabağda yayım üçün iki TV-yə lisenziya verildi

Qarabağda yayım üçün iki TV-yə lisenziya verildi

Media

3 Oktyabr 2023, 17:10

Audiovizual Şuranın növbədənkənar iclası keçirilib.

 

Şuradan Modern.az-a verilən məlumata görə, iclasda Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun ərazisində keçirdiyi uğurlu və sürətli lokal antiterror tədbirləri, bu tədbirlərdən sonra bölgədə yaranan vəziyyət, həmin bölgədə yaşayan əhalinin informasiya təminatının yaradılması və bölgənin ümumölkə informasiya məkanına reinteqrasiyasının təmin olunması, habelə lisenziyaların alınması üçün "Baku TV" MMC-nin və "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin Azərbaycan Respublikası Audiovizual Şurasına müraciətləri müzakirə olunub.

 

Qarabağ iqtisadi rayonunun ərazisində yaşayan əhalinin obyektiv və operativ informasiya ilə təminatının yaradılmasının təxirəsalınmazlığını nəzərə alaraq Azərbaycan Respublikası Audiovizual Şurası "Baku TV" MMC-yə peyk yayımı həyata keçirən platforma yayımçısı (televiziya redaksiyasının adı "Baku TV"), "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-yə ümumölkə yerüstü radio yayımıçısı (radio redaksiyanın adı "Azərbaycan Beynəlxalq Radiosu") lisenziyalarının verilməsi haqqında müvafiq qərarlar qəbul edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK - İran prezidenti Rəisi bu səbəbdən ÖLDÜ