Modern.az

Anar Yusifoğlu da İTV-dən çıxarıldı

Anar Yusifoğlu da İTV-dən çıxarıldı

Media

3 Sentyabr 2013, 16:22

Tanınmış jurnalist, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Analitik Proqramlar Departamentinin direktoru Anar Yusifoğu işdən çıxarılıb. Bu barədə Modern.az saytına İTV-dən məlumat verilib.

Bildirilib ki, Anar Yusifoğlu Cəmil Quliyevin müvafiq əmri ilə tutduğu vəzifədən azad edilib.

Məsələ ilə bağlı jurnalistin özü ilə əlaqə saxlamağa çalışsaq da, o telefonlara cavab verməyib.

Qeyd edək ki, Anar Yusifoğlu  İTV-dəki fəaliyyətinədək “ANS” Müstəqil Teleradio Yayımları Şirkəti, “525-ci qəzet”, “Sara” Teleradio Şirkəti, “Qanun” jurnalında çalışıb.

A.Yusifoğlu bu gün İctimai Televiziya və Radio Yayımları (İTV) Şirkətində işdən çıxarılan 3-cü şəxs olub. Belə ki, İTV sədrinin ictimai-siyasi məsələlər üzrə direktor müavini Oqtay Bayramov və Xəbərlər Departamentinin direktoru İlham Sərxanlı da bu gün vəzifəsindən azad olunub.

Anar RÜSTƏMOV
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu