Modern.az

ANS itkinləri axtaracaq - Ulvira Qarayeva “Gözüm yolda” verilişinin sirlərini açıqlamadı - VİDEO

ANS itkinləri axtaracaq - Ulvira Qarayeva “Gözüm yolda” verilişinin sirlərini açıqlamadı - VİDEO

5 Sentyabr 2013, 16:31


ANS-in aparıcısı Ulvira Qarayeva yeni proqram barədə danışmaq istəməyib. Modern.az yeni layihə ilə bağlı teleaparıcı ilə əlaqə saxlamağa çalışıb. Lakin xanım jurnalist layihəyə şərh verməkdən imtina edib. “Bu haqda indi danışmaq istəmirəm. Proqram efirə gedəndən sonra bu haqda danışmaq olar”-deyə Ulvira Qarayeva vurğulayıb.

Qeyd edək ki, ANS-in aparıcısı Ulvira Qarayeva yeni telemövsüm üçün təqdim edəcəyi layihənin anonsunu verib. Bu haqda açıqlamasında U.Qarayeva doğmalarını axtaran şəxslərlə bağlı teleproqramın aparıcısı olduğunu qeyd edib. 

“Kimisə axtarırsız? Bizə zəng vurun, sizi axtardığınıza qovuşduraq! ANS-də yeni mövsümdə yeni layihə! Gözüm yolda”-deyə U.Qarayeva bildirib.  U.Qarayeva yeni verilişin formatı barədə danışmayıb.   


Aytən ƏLİYEVA

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək