Modern.az

“Yeni Türkiye” dərgisi azərbaycanlı jurnalistin yazısına yer verib

“Yeni Türkiye” dərgisi azərbaycanlı jurnalistin yazısına yer verib

Media

27 Noyabr 2023, 10:20

Yeni Türkiyə Strateji Araşdırma Mərkəzinin “Yeni Türkiye” dərgisinin 133-cü sayı bu dəfə Sibirdə yaşayan türklərə həsr olunub.

Modern.az-ın məlumatına görə, bu elmi araşdırma dərgisində azərbaycanlı jurnalist Aida Eyvazlı Göytürkün də Saxa Yakutiya türkü olan alimlərdən aldığı müsahibələr dərc olunub. Həmin alimlər - Georgi Nikonov və Vasili Popov öz müsahibələrində Yakutiyanın tarixə qaranlıq qalan, dünyaya və türklərə belə məlum olmayan səhifələrinə işıq tutublar.
 

Aida Eyvazlı Göytürkün dərgidəki 20 səhifəlik müsahibələri Avrasiya Yazarlar Birliyinin çapa hazırladığı "Sahaya" kitabından götürülüb.
 

İldə 4 dəfə işıq üzü görən ikicildlik elmi-publisitik dərginin bu sayında Türk dünyasının məşhur araşdırmaçı alimləri Əli Arslan, Turan Akkoyun, Zafer Sever, Bingur Sönmez, Ufuk Tavkul, Andrey Karsin, Erdoğan Altınkaynak, Sadettin Gomeç, Yusif Akbaba, Vəfa Abbasovanın da Sibir türklərinə həsr olunmuş elmi məqalələri yer alıb. 

Dərginin təsisçisi Yeni Türkiyə Strateji Araşdırma Mərkəzinin təsisçisi Hasan Cəlal Gözəldir. O, 2018-ci ildə vəfat edib. Jurnalın redaksiya heyətində Timur Kocaoğlu, Bilgəhan Atsız Gökdağ, Emin Çarıkçı, Sezari Özçelik H.Halil Afşarata, Ali Askar kimi tanınmış alimlər təmsil olunur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Gürcüstana girir? - Hərbi əməliyyatlara hazırlıq…