Modern.az

Jurnalist Ülvi Həsənli və Sevinc Vaqifqızı həbsdə qaldı

Jurnalist Ülvi Həsənli və Sevinc Vaqifqızı həbsdə qaldı

27 Noyabr 2023, 12:54

Bakı Apellyasiya Məhkəməsində “Abzas Media” saytının direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Abbasova (Vaqifqızı) barədə həbs qətimkan tədbiri seçilməsi ilə bağlı qərardan verilmiş şikayətlərə baxılıb.

 

Modern.az xəbər verir ki, hər iki şikayət təmin edilməyib.

 

Ü.Həsənli və S.Vaqifqızının həbsinin davamına qərar verilib.

 

Qeyd edək ki, Ü.Həsənli və S.Vaqifqızı Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılıblar. Onların evində və saytın ofisində axtarış keçirilib. Axtarış zamanı ofisdən 40 min avro pul aşkar edilib. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Gürcüstana girir? - Hərbi əməliyyatlara hazırlıq…