Modern.az

Paşinyana sərt suallar verən jurnalist ölümlə hədələnib

Paşinyana sərt suallar verən jurnalist ölümlə hədələnib

30 Noyabr 2023, 13:04

Bu gün İrəvanda “Aravot” qəzetinin jurnalisti Hripsime Jebejyanın hədələnməsi və təhqir edilməsi işi üzrə məhkəmə iclası keçirilir.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, jurnalist Hripsime Jebejyan bir müddət əvvəlk mətbuat konfransı zamanı Baş nazir Nikol Paşinyana kəskin suallar verdikdən sonra hədələnib və təhqir edilib.

Bununla bağlı açılan cinayət işi Ermənistan Baş Prokurorluğunda araşdırılıb.

Məlumata görə, sosial şəbəkələrin saxta və real istifadəçiləri Nikol Paşinyana kəskin suallar verən qadın jurnalistə qarşı kampaniya aparıblar. Onu ölümlə hədələyib, azyaşlı oğlunun şəkilləri də şantaj ediblər.

Jebejyan günahkarların tapılıb cəzalandırlımasını tələb edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Təmas xətti olmuş ərazidə mina partladı: Hərbçimiz yaralandı