Modern.az

Beynəlxalq Jurnalistlər Şurası Fransadan açıqlama İSTƏDİ

Beynəlxalq Jurnalistlər Şurası Fransadan açıqlama İSTƏDİ

Media

6 Dekabr 2023, 15:08

Dünyanın 64 ölkəsində təmsilçisi olan Beynəlxalq Jurnalistlər Şurasının Xarici Media Məclisi bir gün öncə Fransada azərbaycanlı jurnalist Aygün Həsənovanın təzyiqlərə məruz qalmasına etiraz Bəyanatı yayıb.

 

Modern.az-ın məlumatına görə, Qurumun Xarici Media Məclsinin sədri Elşad Eyvazlı bildirib ki, onlar jurnalistə qarşı belə bir davranışı kəskin şəkildə qınayıblar:

 

“Biz bütün hallarda jurnalistlərə qarşı hər cür basqı və zorakılığı pisləyirik. Ötən gün Azərbaycanın rəsmi media qurumu AZƏRTAC-ın Yeni Kaledoniyaya ezam edilmiş əməkdaşı Aygün Həsənovaya qarşı olan basqılara görə Fransa hökumətindən açıqlama istəyirik.

Fransa kimi bir ölkədə jurnalistin peşəkar fəaliyyətinə maneə beynəlxalq hüquq və azadlıqlara hayqırıdır. Dünyanın siyasi mərkəzlərindən birində belə hal baş verirsə, bu bütün dünyadakı jurnalistləri məyus edir.


Heç bir əsas göstərmədən jurnalistin polis bölməsində saxlanılaraq ölkədən çıxarılmasını jurnalistin informasiya əldə etmək hüququnun məhdudlaşdırılması kimi qiymətləndirir və qınayırıq”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Prezident Xocalıda duyğulu anlar yaşandı