Modern.az

Xarici jurnalistlər AZƏRTAC müxbirinə qarşı davranışdan NARAHATDIRLAR

Xarici jurnalistlər AZƏRTAC müxbirinə qarşı davranışdan NARAHATDIRLAR

Media

7 Dekabr 2023, 11:42

AZƏRTAC-ın Yeni Kaledoniyaya ezam olunmuş əməkdaşı Aygün Həsənovanın vizası olduğu halda həmin ölkəyə girişinə qadağa qoyulub. Jurnalist bir sutka polis bölməsində saxlanılaraq “arzuolunmaz şəxs” kimi ölkədən çıxarılıb.

 

Rəsmi media orqanının yaydığı açıqlamada bildirilir ki, jurnalistin məhz Bakıdan gəldiyi üçün ölkəyə girişinə icazə verilməyib.

 

“Fransa dövləti Yeni Kaledoniya və Fransanın digər koloniyalarında getdikcə güclənən azadlıq və müstəqillik uğrunda mübarizə barədə həqiqətlərin yayılmasını hər vasitə ilə məhdudlaşdırmağa çalışır. Jurnalistimizin məhz dekabrın 5-də keçirilməli olan mitinq ərəfəsində Yeni Kaledoniyaya daxil olmasına qadağa qoyulması da məhz bu amillə bağlıdır", - məlumatda bildirilir.

 

Modern.az xəbər verir ki, dünyanın nüfuzlu media orqanlarında çalışan jurnalistlər də Fransanın bu açıqlamasına reaksiya verib.

 

Beynəlxalq Jurnalistlər Şurasının (Küresel Gazeteciler Konseyi) Suriya üzrə nümayəndəsi, analitik Deniz Bustani bildirib ki, məsələ ilə bağlı bütün jurnalistlər etiraz etməlidir:


“Son 5 il ərzində Türk dünyasının uğurları, eləcə də Azərbaycanın Qarabağı azad etməsi, Türkiyənin azərbaycanlı soydaşlarımızla həmrəyliyimiz dünyanın müəyyən yerlərdə narazılıqlara səbəb olub. Bu narazılıqların nəticəsi olaraq, əslində Yeni Kolondiyaya gedən azərbaycanlı jurnalistə qarşı münasibəti yadırğamamaq lazımdır. Bəhs edilən bölgə Fransaya bağlıdır. Fransa erməni diasporunun, lobbisinin ən güclü olduğu ölkədir. Azərbaycanlı jurnalistin əraziyə buraxıılmamasının səbəbinin Qarabağ olduğunu düşünürəm. Qarabağ və Türk həmrəyliyindən doğan narahatlıq belə məsələyə səbəb olub. Əslində bundan bütün dünya narahat olmalıdır..Erməni lobbisi və onun güclü olduğu Fransa kimi ölkələrin belə çıxışlarına etiraz edilməlidir”. 

 

Albaniyanın "infowebmedia" rəqəmsal platformasının əməkdaşı Anisa Bahiti də mövzu ilə bağlı narahatlığını bildirib:  

 

“Jurnalistin peşəkar fəaliyyətinə maneə beynəlxalq hüquq və azadlıqlara hayqırıdır. Dünyanın siyasi mərkəzlərindən birində belə hal baş verirsə, bu, bütün dünyadakı jurnalistləri məyus edir. Bu, yolverilməzdir, insan haqlarının, jurnalistlərin hüquqlarının pozulmasıdır. Bu cür hərəkətlər jurnalistlərin işləməsinə, peşə borcunu yerinə yetirməsinə mane olur. Ümid edirəm ki, qısa zamanda bununla bağlı məlumat verəcəklər. Jurnalist həmkarımıza qqarşı atılan bu addım bizi həqiqətən də məyus etdi”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!