Modern.az

MEDİA-nın Müşahidə Şurası hansı işləri görəcək? - AÇIQLAMA

MEDİA-nın Müşahidə Şurası hansı işləri görəcək? - AÇIQLAMA

Media

24 Yanvar 2024, 17:06

Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibi təsdiq edilib.

 

Sərəncama əsasən, Dağbəyi İsmayılov Müşahidə Şurasının sədri, Vüqar Zifəroğlu, Şəfəq Mehrəliyeva, Sevil Mikayılova və Elçin Şıxlinski üzvləri təyin ediliblər.
 

Bəs Müşahidə Şurasının işi nədən ibarət olacaq? Media sahəsində hansı yeniliklər gözlənilir?
 

Modern.az saytı bu suala Müşahidə Şurasının üzvü, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlıdan cavab almağa çalışıb. 

 


Elçin Şıxlı məsələ ilə əlaqədar toplantı keçirəcəklərini söyləyib:
 

"Müşahidə Şurasının işinin konkret nədən ibarət olacağını yığışıb müzakirə edəcəyik. Ümumi cizgilər aydındır. Müşahidə Şurası həm Medianın İnkişafı Agentliyinin nə işlər görəcəyinə baxacaq, həm də mətbuat sahəsində nə kimi dəyişiklik və yeniliklərin ola biləcəyi ilə bağlı məsləhətləşmələr aparacaq. Nəticə etibarilə razılaşdırılmış şəkildə müzakirə olunan işlərin görülməsi istiqamətində atılacaq addımların nədən ibarət olacağını araşdırılacaq. Onu da deyim ki, sərəncam təzə imzalanıb və biz hələ yığışıb görüşməmişik. Birinci görüşdən sonra bütün suallara daha konkret cavab vermək mümkün olacaq".

 


Müşahidə Şurasının digər üzvü, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu isə yüksək etimada gőrə Azərbaycan Prezidentinə təṣəkkür edib:

 

"Bildiyiniz kimi, Medianın İnkişafı Agentliyinin yaradılması yeni bir səhifə, son dərəcə əhəmiyyətli bir addım oldu. Agentlik öz fəaliyyəti ilə ölkəmizdə medianın inkişafına, qlobal informasiya məkanında baş verən trendlərin, dəyişikliklərin operativ şəkildə izlənməsi və təşkil etdiyi təlimlərlə həm də tətbiqinə öz töhvələrini verməkdədir. 
Bu mənada media mühitimiz baxımından őnəmli, əhəmiyyətli bir qurumun müṣahidə şurasında təmsil olunmaq olduqca bőyük məsuliyyətdir və cənab Prezidentin gőstərdiyi bu etimadı doğrultmaq bizim borcumuzdur. 
Bu çətin və şərəfli işdə Müşahidə Şurasının üzvü olan digər həmkarlarıma da uğurlar arzu edirəm. Allah utandırmasın!".

 

Qeyd edək ki, Müşahidə Şurası Agentliyin idarəetmə orqanlarından biridir. MEDİA-nın Müşahidə Şurası Agentliyə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. Şura ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir və qərar qəbul etməkdə müstəqildir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada şok-Çağırışçılar ordudan qaçır